Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun “Yatmış gözəl” nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşasının növbəti nümayişi olub.

Balaca teatrsevərlərin hər zaman maraqla izlədiyi tamaşanın budəfəki qonaqları arasında həssas əhali qruplarından olan uşaq evinin sakinləri də olub. Onlar rəngarəng səhnə tərtibatlı, əyləncə dolu nağıl-tamaşaya böyük maraqla baxıblar.

Bu barədə teatrdan məlumat verilib.

Uşaq evinin loqopedi Tahirə Məmmədova xoşbəxt sonluqla bitən nağıl-tamaşanın uşaqların dünyagörüşünə, əhvali-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıb.

Belə görüşlər Musiqili Teatrın növbəti sosial layihələrindən biridir və davamlı şəkildə həyata keçiriləcək.