Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabe müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində maarifləndirici tədbirlər təşkil edilib.  

RMİ-nin və Goranboy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Korrupsiyaya qarşı mübarizə” adlı tədbirdə mövzuya dair videoçarx nümayiş olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, RMİ-ninnümayəndəsi İsax Məmmədov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Əliyeva mövzu üzrə çıxış ediblər.

***

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin iştirakı ilə keçirilən “Korrupsiyaya yox deyək!” adlı növbəti maarifləndirici tədbirdə korrupsiyanın dövlət quruculuğuna və sosial-iqtisadi inkişafa mənfi təsirləri, eləcə də vətəndaşların bu sahədə fəal mövqeyinin əhəmiyyəti barədə danışılıb.

Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılov və Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxış ediblər.

Korrupsiyanın qarşısının alınmasına dair hüquqi baza, şikayət mexanizmləri, şəffaf idarəçilik prinsipləri və etik davranış qaydaları barədə məlumat verilib, mövzu üzrə videoçarx nümayiş olunub.

***

Daha bir tədbir Gəncə-Daşkəsən RMİ və Naftalan şəhər mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşib.

Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Şahmar Ədilov, Mərkəzi Kitabxananın direktoru Nərmin Əliyeva, Heydər Əliyev Mərkəzinin elmi işçisi Ramilə Həsənova və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.

***

Regional idarənin Göygöl rayon mədəniyyət müəssisələrinin iştirak etdiyi tədbir “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” adlanıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gəncə-Daşkəsən RMİ-nin nümayəndəsi Vüsal Rzayev, rayon prokurorunun böyük köməkçisi Niyaməddin Bağırlı və başqa çıxışçılar Konstitusiya prinsiplərinin təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin əhəmiyyətini vurğulayıblar.

Cəmiyyətin hüquq mədəniyyətinin artırılması, şəffaflıq və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsi, eləcə də korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib, mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.