Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Havalansın Şirvan sazı” adlı tədbir keçirilib.

Bu barədə regional idarədən məlumat verilib.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şəhriyar Soltan, İsmayıllı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nəsimi Teymurov, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya elmlər doktoru, professor Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Dağlıq Şirvan RMİ-nin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, aşıqlar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanın zəngin saz-söz sənətində Şirvan aşıqlarının məxsusi yeri olduğu vurğulanıb.  

Əməkdar mədəniyyət işçisi, "Tərəqqi" medallı Sahibə Abdullayeva, Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı, aşıq Elman Talıstanlının və digər sənətkarların ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.