Sumqayıt Dövlət Dram Teatrı repertuarına yeni daxil olan səhnə işini – Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı Bakıda nümayiş etdirib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında göstərilən səhnə əsərinin tamaşaçıları arasında müəllif, Xalq yazıçısı Anar, mədəniyyət xadimləri, millət vəkilləri, Mədəniyyət Nazirliyinin nümayəndələri də olub.

Tamaşanın quruluşçu rejissoru Abdulla El, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, rejissoru Rəvan Hüseynzadədir. Səhnə əsərinin ritmikası Ramazan Xanlarova, musiqilərin ifası “Dərviş" qrupuna aiddir.

Tamaşanın əsas mövzusu bir fağır, zəif insanın cəmiyyətdə necə linç edilməsi üzərində qurulub.

Obrazları Əməkdar artist İzaməddin Bağırov, aktyorlar Kamran Muradlı, Şəmistan Süleymanlı, İlham Səfərli, Elmir Mehdiyev, Habil Xanlarov, Elay Xasiyev, Aynur Hümmətova, İlahə Səfərova, Ramazan Xanlarov və Etibar Cəbiyev canlandırıblar.