Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti keçirilib.
Filarmoniyadan verilən məlumata görə, kamera musiqisi axşamında orkestri dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Konsertin solisti skripkaçı Dilarə Mehdiyeva-Kurtaran olub.
Proqramda Cüzeppe Verdinin “Simli alətlər üçün kvartet” və “Mi minor” (Bakıda ilk dəfə simli orkestr tərəfindən ifa olunur), Aqşin Əlizadənin “Pastoral və aşıqsayağı”, Valentin Silvestrovun “Gecə serenadası” və Astor Pyatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsi (dördhissəli) yer alıb.






















