Əməkdar artist, uzun illər Mingəçevir Dövlət Dram Teatrında çalışmış Akif Mirabov noyabrın 15-də 78 yaşında vəfat edib.
Akif Əhməd oğlu Mirabov 1947-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olub. Orta təhsilini Mingəçevir şəhər 6 saylı məktəbdə alıb.
1965-ci ildən şəhərdəki Xalq teatrında, 1969-cu ildən isə onun bazasında yaradılmış Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.
2017-ci ildə təqaüdə çıxana qədər teatrda 150-dən çox obraza səhnə həyatı verib. Bir çox tamaşalarda baş rolları oynayıb.
Akif Mirabov 2000-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2013-cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə “Prezidentin fəxri diplomu” ilə təltif olunub. Bir neçə dəfə Prezident mükafatçısı olub.
Akif Mirabovun oğlu Rəşad Mirabov (1975–1995) Azərbaycanın Milli Qəhrəmanıdır.
Allah rəhmət eləsin.





















