Xəbər verdiyimiz kimi, 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresə Azərbaycan nümayəndə heyəti də qatılıb. 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev beynəlxalq konqres çərçivəsində “Ortaq keçmiş və ortaq gələcək” mövzulu Orta Asiya tarixçilərinin 2-ci forumunda “Qarabağın İslam irsi, Azərbaycanda aparılan son arxeoloji tədqiqatlar kontekstində” adlı məruzə edib.

İnstitutdan bildirilib ki, səfər zamanı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında ilkin danışıqlar aparılıb.