Naxçıvan Muxtar Respublikası (NMR) Mədəniyyət Nazirliyinin strukturunda dəyişiklik edilib, regional idarələr yaradılıb.

NMR Ali Məclisi sədrinin müvafiq fərmanına əsasən, NMR Mədəniyyət Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

NMR Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;

2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;

3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.