Tarixdəki olaylar
10 noyabr 1938 – Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfat edib. 1919-cu ildə türk xalqının qurtuluş savaşına başçılıq edən Mustafa Kamal paşa 1923-cü ilin 29 oktyabrında elan olunan Türkiyə Cümhuriyyətinin ilk Prezidenti seçilmişdi. 1932-ci ildə TBMM-in qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. 15 il Türkiyə Cümhuriyyətinə rəhbərlik edən Atatürk 4 dəfə prezident seçilmişdi.
10 noyabr 1997 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, qocaman ədəbiyyat və incəsənət xadimlərinə xüsusi təqaüd təyin edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 noyabr 1759 – Alman şairi, dramaturq Yohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller; 1759 – 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
10 noyabr 1927 – Rəssam, dekorativ-tətbiqi sənət ustası Sabir Məmməd oğlu Şıxlı (1927–2004) Şamaxı şəhərində anadan olub. “Azərbaycanfilm”də dekorator-rəssam (“Böyük dayaq”, “Səhər” və s. filmlər) işləyib.
10 noyabr 1928 – İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Morricone; 1928 – 6.7.2020) anadan olub.
10 noyabr 1951 – Bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəhilə Teymur qızı Həsənova (1951 – 10.8.2024) vəfat edib.
10 noyabr 1984 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (17.3.1905 – 1984) vəfat edib. Uşaqlar üçün əsərlərin müəllifidir.
10 noyabr 2023 – Əməkdar incəsənət xadimi, bəstəkar Mobil Rəşid oğlu Babayev (23.12.1945 –2023) vəfat edib.
Hazırladı: Vüqar Orxan
























