Noyabrın 7-də İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib.
Toplantıda Azərbaycanı heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyə heyətinə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu rəhbərlik edib.
İclasda iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.
Tərəflər mədəni irs, kino, teatr, muzey və kitabxana işi, yaradıcı sənayelər, musiqi təhsili və normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələr ortaq tarixi və mənəvi dəyərlərə əsaslanır, xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
İclasın sonunda Birgə Komissiyanın 5-ci iclasının protokolu imzalanıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə də görüşüb.























