Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi keçirilib.
MEMİM-dən bildirilib ki, “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Füzuli Dövlət Dram Teatrında ustad dərsləri təşkil olunub.
Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.
Ustad dərsləri teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədilə reallaşıb.























