Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin konserti keçirilib.
BMM-dən verilən məlumataa görə, bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarə etdiyi konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri yer alıb.
Orkestr və solistlərin ifasında Adil Gərayın “Bağçakürd”, Süleyman Ələsgərovun “Vətənimdir”, Cahangir Cahangirovun “Rondo”, Oqtay Kazıminin “İnanmaram”, Şəmsi Kərimovun “Gecələr”, Vittorio Montinin “Çardaş”, Hacı Xanməmmədovun “Arzuya bax sevgilim”, Tofiq Quliyevin “Rəqs ritmləri”, Fikrət Əmirovun “Reyhan”, Ramiz Mirişlinin “Dalğalar” və digər əsərlər səsləndirilib.























