AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova 15-16 oktyabr 2025-ci il tarixlərdə Bakı Avrasiya Universitetində keçirilən “Tətbiqi və humanitar elmlərin konvergensiyasında süni intellektin rolu: innovasiyaya aparan interdisiplinar yanaşmalar” mövzusunda XI Beynəlxalq Konfransda (CASHIPI-25) iştirak edib.

Bu barədə institutdan məlumat verilib.

Sevinc Bayramova konfransda “Əlyazma əsərlərinin tədqiqində süni intellektin rolu” adlı məruzə ilə çıxış edib.

 ***

Əlyazmalar İnstitutunun əməkdaşları 10-11 oktyabr 2025-ci il tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilmiş IX Beynəlxalq Türklərin Dünyası Sosial və Humanitar Elmlər Simpoziumunda onlayn şəkildə iştirak ediblər.

Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin elmi işçisi Sevinc Muxtarova “Azərbaycan tarixi numizmatik materiallar əsasında”, şöbənin kiçik elmi işçisi Ramidə Abbasova isə “İstiqlalın bədii təcəssümü: Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində vətənpərvərlik” mövzularında məruzələrini təqdim ediblər. Hər iki əməkdaşa iştirakçı sertifikatı verilib.