Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında media savadlılığı təlimi keçirilib.
Bu barədə Baş İdarədən məlumat verilib.
Baki-baku.az saytının əməkdaşı Xanım Aydın tərəfindən keçirilən təlimdə Baş İdarənin tabeliyində olan muzeylər, Heydər Əliyev mərkəzləri, kitabxanalar, teatr və konsert təşkilatlarının əməkdaşları iştirak ediblər.
Təlimin məqsədi əməkdaşların media savadlılığı bacarıqlarını inkişaf etdirmək, rəqəmsal mühitdə məlumat axınını düzgün qiymətləndirmək, etik paylaşım prinsiplərini əməl etmək qabiliyyətlərini gücləndirməkdir.
İştirakçılara media savadlılığı anlayışı, press relizlərin hazırlanma qaydası, medianın cəmiyyətə təsiri və digər mövzular haqqında məlumat verilib.
Sonda iştirakçıların sualları təlimçi tərəfindən cavablandırılıb.