Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində Xalq şairi Osman Sarıvəllinin (Osman Abdulla oğlu Qurbanov; 1905-1990) 120 illik yubileyi ilə əlaqədar “Yaddaşlarda yaşayan Osman Sarıvəlli” adlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, professor  Əlizadə Əsgərli və “Libra Kitab” nəşriyyat evinin redaktoru İmanyar Quliyev Osman Sarıvəllinin həyat yolu və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Daha sonra şairin həyatını əks etdirən videoçarx və görkəmli şəxsiyyətlərin Osman Sarıvəlli haqqında söylədikləri fikirləri əhatə edən videoslayd nümayiş etdirilib.

Sonda Suraxanı rayon MKS-nin 5 nömrəli kitabxana filialının hazırladığı bədii hissə təqdim olunub.