Qazax Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinin motivləri əsasında yeni tamaşanın premyerası baş tutub. .

Teatrdan verilən məlumata görə, "Tfu" adlı səhnə işi "müsibət" janrında hazırlanıb. 

Tamaşaya rejissor Abdulla və Qazax Dövlət Dram Teatrının aktyoru Ceyhun Vəlizadə birlikdə quruluş veriblər. Səhnə əsəri Azərbaycan dramaturgiyası və teatr sənətinin klassik nümunəsinə yeni bir baxışdır.

Quruluşçu rəssam Aysan Omarova, icraçı rəssam və butaforçu Samir Həsənov, musiqi tərtibatçısı Şəms Kazımzadədir.

Rolları Əməkdar artistlər Xəzər Gəncəli və Hacı Hacıyev, aktyorlar Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Zəmanə Dərviş, Xaqan Qurbanov, İlqar Hacəliyev, Məmməd Hacəliyev, Kamil Məmmədov və Səbinə Yusifova ifa ediblər.

Premyeraya Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov da baxıb. O, yaradıcı heyəti təbrik edərək uğurlar arzulayıb.