Tarixdəki olaylar

 

8-10 oktyabr 1871 – ABŞ-nin Çikaqo şəhərində yanğın baş verib. Tarixə “Böyük Çikaqo yanğını” kimi düşən fəlakət nəticəsində şəhərin mərkəzi də daxil olmaqla təxminən 80 kv km ərazidə 17 minə yaxın tikili zərər görüb, 300-dək insan həlak olub, 100 min nəfər evsiz qalıb.

 

8 oktyabr 1940 – Hitlerin Avropada işğal yürüşü davam edib. Almaniya qoşunları Rumıniyanı işğal edib, Rumıniya kralı ölkədən qaçıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 – 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

 

8 oktyabr 1951 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (1951 – 26.4.2021) Masallı rayonunun Bədəlan kəndində anadan olub.

 

8 oktyabr 1975 – Əməkdar artist Rəşid Səməndər oğlu Rzayev (1975 – 20.11.2020) anadan olub. Akademik Milli Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

 

8 oktyabr 2009 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

 

8 oktyabr 2010 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (30.1.1948 – 2010) vəfat edib. Akademik Musiqili Teatrda, Dövlət Mahnı Teatrında çalışıb.

 

8 oktyabr 2021 – Xalq artisti Ağakişi Şəmməd oğlu Kazımov (28.6.1935 – 2021) vəfat edib. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev rolunda) çəkilib.

Hazırladı: Vüqar Orxan