27 Sentyabr – Anım Günündə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “İnanıram” monotamaşası nümayiş olunub.

Teatrdan bildirilib ki, tamaşadan əvvəl torpaqlarımızın azadlığı uğurunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqə sükutla yad olunub.

Teatrın mətbuat katibi Samirə Əşrəf çıxış edərək 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən bəhs edib.

Sonra “İnanıram” monotamaşası nümayiş olunub.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əsgər və zabitlərinin alqışları ilə başa çatan səhnə əsəri izləyicilərə duyğulu anlar yaşadıb.

Qeyd edək ki, monotamaşanın müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Elşad Rəhimzadədir. 

Tamaşada müharibədə yeganə oğlunu itirmiş ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.