Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 24-də dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında (BMA) Berlin Filarmoniyası (Almaniya) solistlərinin iştirakı ilə ustad dərsi təşkil olunub.
Əvvəlcə Xalq artisti, Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru professor Yeganə Axundova tədbir iştirakçılarını salamlayaraq almaniyalı musiqiçiləri təqdim edib.
Sonra qonaq musiqiçilər – Beata Antikainen (violonçel), Noora Ylonen (fortepiano) və Harry Ourd (skripka) ustad dərsi keçiblər.
Qonaqlar tələbələrin ifalasını dinləyib, tövsiyələrini veriblər. Ustad dərsində ifa texnikası, ansambl mədəniyyəti və musiqi interpretasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
BMA-nın professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi ustad dərsi maraqla qarşılanıb.