
Tanınmış nasir, publisist və esseist Əlabbasın "Payız havası" adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı bədii əsərləri, publisistika nümunələri, həmçinin müsahibə, anım, rəy və məktubları yer alıb.
Yeni nəşrdə yazıçının özünü və qələm dostları olan qəhrəmanlarını bir başqa yöndən tanıdan sərgüzəştlər də oxuculara təqdim olunur.
Qeyd edək ki, Əlabbas (Əlabbas Məmmədhüseyn oğlu Bağırov; 1957) 1980-ci illərin əvvələrindən ədəbi mühitdə tanınmağa başlayıb. Onlarla hekayənin, "Köhnə kişi" povesti, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır. Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.