Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki "Kimyaçı" Mədəniyyət Sarayında “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert keçirilib.

Dahi bəstəkarın 140 illiyinə həsr olunmuş konsert Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.

Konsertdə regional idarənin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər onbirillik Musiqi məktəbinin xalq çalğı alətləri orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış edib.

Bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyaların təqdim olunduğu proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.