Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilən “Üzeyirli günlər” adlı konsert proqramı təqdim edilib.

Qarabağ Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, Horadiz şəhər Muğam Mərkəzində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Konsert proqramında dahi bəstəkarın əsərləri səsləndirilib, musiqili komediyalarından fraqmentlər təqdim olunub.

Sonda Milli Musiqi Günü münasibətilə fərqlənən bir qrup mədəniyyət işçisi və musiqi məktəbinin şagirdləri Qarabağ RMİ-nin fəxri fərmanları ilə təltif olunub.