
Rejissor və ssenarist Nurlan Həsənlinin "Yaşıl çəmən” adlı yeni qısametrajlı film layihəsi Avstriyanın Lints şəhərində keçirilən ənənəvi beynəlxalq festivalın "İstedadlar akademiyası"nın“ ("Linz Film Talent Academy") inkişaf proqramına seçilib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.
Ekran əsərinin rejissoru və ssenari müəllifi Nurlan Həsənli, prodüserləri Emil Nəcəfv, Türkan Hüseyn, Əli İsa Cabbarovdur.
"Talent Academy" Lints Beynəlxalq Qısa Filmlər Festivalının (The Linz International Short Film Festival – Linz ISFF) ) nəzdində fəaliyyət göstərir.
Akademiyanın əsas məqsədi güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino industriyasına təqdim etməkdir.
Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunacaq. Layihələr Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində iştirak edəcək. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır.
"Linz Film Talent Academy" haqqında ətraflı bu linkdə.