Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) İmişli rayonu üzrə fəaliyyət göstərən müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illiyi münasibətilə “Şeirə və vətənə həsr olunmuş ömür” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə rayonun icra başçısı Elçin Rzayev, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, digər rəsmilər, mədəniyyət işçiləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsindən, milli poeziyanın inkişafında rolundan və gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında xidmətlərindən danışıblar.
Şairin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib, bədii qiraət nümunələri və musiqi kompozisiyaları təqdim olunub.
İmişli şəhər Uşaq incəsənət məktəbinin xor kollektivi “Azərbaycan, sənsən mənim” mahnısını (musiqi: E.Sabitoğlu, söz: B.Vahabzadə) ifa edib, şairin müxtəlif mövzulu şeirlərindən səhnələşdirilmiş parçalar təqdim olunub.
Ədəbi-bədii gecə böyük maraqla qarşılanıb.
Nurəddin