Finlandiyanın Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar.

Görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqlara kitabxananın tarixi, elmi və mədəni fəaliyyəti, zəngin fondu və kolleksiyaları barədə geniş məlumat verib.

Qonaqlar öz növbəsində Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.

Sonda direktor müavini Ədibə İsmayılova qonaqlara Milli Kitabxananın nəşrlərini hədiyyə edib.