Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı, Şəki Regional Turizm İdarəsinin dəstəyi ilə sentyabrın 1-də "Əllərin sehri" adlı ustad dərsləri və sərgi keçirilib.

Şəki Dövlət Rəsm Qalereyası tərəfindən açıq havada təşkil edilən ustad dərsləri və sərgidə Şəki-Zaqatala RMİ-nin, Şəki Regional Turizm İdarəsinin rəhbərliyi və əməkdaşları, yerli sənətkarlar, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.

Təkəlduz ustası Güləndam Alxaslı, şəbəkə ustası Tofiq Rəsulov və digər sənətkarlar tədbirə əl işləri ilə qatılıb, maraqlananlara ustad tövsiyələri veriblər.

Şəki-Zaqatala RMİ-nin rəisi Emil Bədəlov sənətkarlarla söhbət edib, əl işləri ilə tanış olub.

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı Yusif Yusifli, İdris İdrisov və Cabir Camılov rəngarəng musiqi nümunələri ilə tədbirə rəng qatıblar.

Nurəddin