Beynəlxalq Muğam Mərkəzi (BMM) yeni mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açacaq.
Sentyabrın 18-də keçiriləcək konsertdə BMM-nin iki kollektivi – Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Prezident mükafatçısı Mustafa Aşurov) və Cahangir Cahangirov adına Xor (bədii rəhbər Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova) çıxış edəcək.
Proqrama dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri daxildir.
Bəstəkarın ölməz əsərləri ifa olunacaq, operaları və operettaları əsasında maraqlı kompozisiyalar təqdim ediləcək.