Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları üçün mədəni proqram təşkil olunub.
Sentyabrın 1-də Çinin birinci xanımı Pen Liyuan və qonaq xanımlar Hayha çayında gəmi gəzintisinə çıxıblar.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva gəzintidə iştirak edib.
Gəzinti boyu Çin xalq musiqisindən ibarət proqram da təqdim edilib.
Birinci xanımı Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan və digər xanımlarla söhbət edib. Xatirə şəkiləri çəkdirilib.