Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib.
“Musiqili Bakı” layihəsi çərçivəsində təşkil olunan konsert Xətai rayonundakı Heydər Əliyev parkının amfiteatr səhnəsində gerçəkləşib.
Gənc müğənnilər Səbinə Əskərova və Sənan Əliyev sevilən musiqi nömrələri ilə tamaşaçıların könlünü oxşayıblar.
Şəhər sakinlərinin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən musiqi axşamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.