Azərbaycan Turizm Bürosu tərəfindən 18-25 avqust tarixlərində Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana, Almatı və  Belarusun Minsk şəhərlərində keçirilən silsilə tədbirlərdə ölkəmizin turizm imkanları nümayiş etdirilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində keçirilən görüşlərdə Özbəkistandan 50, Qazaxıstandan 70, Belarusdan 70 turizm şirkəti, eləcə də ölkəmizdən “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri ilə birgə ümumilikdə 10 yerli turizm sənayesi təmsilçisi iştirak edib.

İştirakçılara Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomik marşrutları təqdim olunub, "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025" beynəlxalq tədbiri barədə məlumat verilib. Təqdimatlardan sonra keçirilən B2B formatlı görüşlərdə əməkdaşlıq imkanlarını müzakirə edilib.