“Azərbaycançılıq məfkurəsi” adlı biblioqrafik göstərici işıq üzü görüb. AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxan nəşr “Konstitusiya və Suverenlik İli”nə həsr olun­ub.

Kitabın elmi məsləhətçisi və ön söz müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir.

Kitabda Azərbaycançılıqla bağlı müxtəlif illərdə işıq üzü görmüş kitablar, dissertasiyalar, avtoreferatlar, məqalələr və s. toplanılıb. Burada materiallar il­lər üz­rə və əlif­ba sı­ra­sı ilə ve­ril­ib.

Nəşr XX əs­­rin əv­­vəl­­lə­­rin­­dən eti­­ba­­rən mil­­li ədə­­bi-ic­­ti­­mai fi­ki­r­də əsas yer tut­­muş, müs­­tə­­qil­­li­­k il­­lə­­rin­­də isə Azər­­­bay­­­can ta­­ri­­xin­­də ilk də­­fə ola­­raq döv­­lət ide­o­­lo­­gi­­ya­­sı sə­­viy­­yə­­si­­nə qal­­dı­­rıl­­mış­­ və dün­­ya azər­­bay­­can­­lı­­la­­rı­­nın mil­­li-mə­­nə­­vi bir­­li­­yi­­nin rəm­­zi­­ olan Azərbaycançılığa, eləcə də “Konstitusiya və Suverenlik İli”nə dəyərli töhfədir.

Azərbaycan, rus və digər dillərdə materialların yer aldığı biblioqrafik göstərici el­mi təd­qi­qat­çı­lar və ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­ub.