Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı – 2025”in ikinci mərhələsi üzrə seçimlər Qazax-Tovuz regionunda da davam edir.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsini əhatə edən Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə festivalın birinci turunda fərqlənərək növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların sayı 602 nəfərdir. O cümlədən 593 fərdi, 9 kollektiv iştirakçı var. Kollektiv iştirakçılardan 6-sı xor, 3-ü milli rəqs qrupudur.
Qazax-Tovuz RMİ üzrə festivalın ikinci mərhələsi avqustun 22-də başa çatacaq.
Bu mərhələdə uğur qazanan iştirakçılar respublika üzrə keçiriləcək final mərhələsində iştirak edəcəklər.