Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri “Aktau 2025 –Türk Dünyasının Mədəniyyət Paytaxtı” çərçivəsində keçirilən “Türk dünyası ənənəvi uşaq oyunları” rəsm müsabiqəsində uğurla iştirak ediblər.
Müsabiqədə məktəbin (müəllim – rəssam Elmar Ağamirzə) şagirdləri Fatimə Rəsulzadə I yerə, Məryəm Məmmədli III yerə layıq görülüblər.
Müsabiqənin qaliblərinə TÜRKSOY-un baş katibi Sultan Raev və Aktau şəhəri rəhbərliyi tərəfindən hədiyyələr və diplom təqdim olunub.