Avqustun 20-də dünyaşöhrətli dirijor, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun (1912-1984) anadan olmasının 113-cü ildönümü tamam olur.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həmin gün saat 21:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda maestronun doğum münasibətilə konsert keçiriləcək. 
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Asəf Zeynallı və Niyazinin əsərləri səsləndiriləcək.
Konsertin məqsədi unudulmaz dirijor və bəstəkarın zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq və sənətinə ehtiram ifadə etməkdir.