Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə daha bir filmin çəkilişləri başlanıb.

“Ağalı” tammetrajlı bədii filminin quruluşçu rejissorları Xəyyam Abdullazadə, Elməddin Alıyev, ssenari müəllifi Ülviyyə Heydərovadır.

Yeni ekran işinin quruluşçu operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, qrim üzrə rəssamı Adilə Alıyevadır.

Baş rollarda Güşvər Ağayeva və Yaqut Paşazadə çəkilirlər.