Milli Kitabxana Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, ictimai-siyasi xadim Elçin Əfəndiyev (13.5.1943–3.8.2025) haqqında elektron məlumat bazasını onlayn rejimdə istifadəçilərə təqdim edib.

Bu barədə kitabxanadan məlumat verilib.

“Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron toplu “Rəsmi sənədlər”, “Nekroloq”, “Bu dünyadan Elçin keçdi...”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin “Ədəbi düşüncələr”indən” , “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir.

Materiallar tam mətnləri ilə təqdim olunur.

Elektron məlumat bazası ilə Milli Kitabxananın saytında bu linkdə tanış olmaq olar:

https://anl.az/el/emb/E.Efendiyev/index.html