Avqustun 2-də Azərbaycanın dünyaca məşhur dirijoru, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun (1912–1984) vəfatının 41-ci ildönümü tamam oldu.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabana gələrək maestronun məzarını ziyarət ediblər.
Həmçinin muzeydə “Açıq qapı” günü keçirilib.
Gün ərzində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin "Musiqi həvəskarları klubu"nun üzvləri Niyazinin mənzil-muzeyini ziyarət ediblər.
Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında məlumat verilib, onun haqqında sənədli filmlər, videokonsertlər, musiqi müəllifi olduğu filmlərdən parçalar nümayiş olunub.