Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Mən qadınam” tammetrajlı bədii film ssenariləri müsabiqəsinə yekun vurulub.

AKİ-nin yaydığı məlumata görə, müsabiqəyə 96 ssenari təqdim olunub.

Münsiflər heyəti (Vidadi Həsənov (sədr), Nadir Bədəlov, Vaqif Azəryar, Sevda Sultanova) tərəfindən 71 ssenari növbərti mərhələyə buraxılıb.

Yekun qiymətləndirmədən sonra ilk üç yerin qalibləri müəyyənləşib:

1-ci yer – Rüstəm Babazadə, Əli-Səttar Quliyev (“Gəlin” ssenarinə görə);

2-ci yer –  Çinarə Əlişli (“Piyada vəzirə doğru”);

3-cü yer – Səməd Ağayev (“Qonşu evin işıqları”).