Mingəçevir Turizm Kollecində 2024/2025-ci tədris ilinin buraxılış qruplarının istehsalat təcrübəsi üzrə müdafiəsi başa çatıb.
Tələbələr müxtəlif ixtisaslar üzrə Mingəçevir şəhərində yerləşən “Ağ Saray Deluxe”, “River Side” hotellərində, Kür Olimpiya Tədris-İdman Mərkəzi, Mingəçevir Gənclər Evi, “HTech İnvest MMC” və Mingəçevir Tarix-Diyarşünaslıq Muzeyində, eləcə də Naftalan şəhərində yerləşən “Yeni Çinar Hotel Company” və “Yeni Naftalan Hotel Company”də, Şəkidəki “BioGarden” aqro-ekoturizm təsərrüfatında istehsalat təcrübələri ilə bağlı hesabatlarını müdafiə ediblər.
Müdafiədə kollecin rəhbərliyi, təcrübə rəhbərləri, ixtisas müəllimləri və müəssisə nümayəndələri, Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və idarənin əməkdaşları iştirak ediblər.