İyulun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Dahi” adlı konsert keçirilib.
Xətai rayonu ərazisindəki Heydər Əliyev parkının amfiteatr səhnəsində keçirilən konsertdə Xətai Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkili Vüqar Rəhimzadə, rayon prokuroru Sərdar İmanov, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Tədbir iştirakçıları öncə parkda Ulu öndər Heydər Əliyevin portretləri əks etdirilən xalça sərgisi ilə tanış olublar.
Daha sonra tanınmış incəsənət ustalarının ifasında mədəniyyətimizin böyük himayədarı, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş musiqi nömrələri səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda atəşfəşanlıq olub.