İyulun 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslanın (1935–2013) 90 illik yubileyi münasibətilə “Yol əhvalatı” filmi nümayiş olunub.

Tədbir iştirakçıları öncə mərkəzdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, zəngin siyasi irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Sonra Xalq artisti Səyavuş Aslanın həyat və yaradıcılığı haqqında məlumat verilib, onun kinoda yaratdığı rollardan söz açılıb.

Tədbir iştirakçıları “Yol əhvalatı” filminə baxıblar.

Komediya janrında olan film (ssenari müəllifi Asim Cəlilov, rejissor Teymur Bəkirzadə) 1980-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Xalq artisti Səyavuş Aslan filmdə Qurban obrazını canlandırıb.