Azərbaycan xalqının zəngin mədəni irsinin mühüm daşıyıcılarından olan folklor təkcə milli yaddaşın göstəricisi deyil, həm də gələcək nəsillərin mənəvi tərbiyəsində əvəzsiz rol oynayan xəzinədir. Xüsusilə uşaqlar üçün folklor ədəbiyyatla tanışlıq təcrübəsinin başlanğıcı kimi, həmçinin ana dilinin öyrənilməsi və sevdirilməsi baxımından əhəmiyyət kəsb edir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi “Folklor – uşaq ədəbiyyatının qaynağı və ana dilinin daşıyıcısı” adlı veblioqrafiya tərtib edərək virtual oxucuların istifadəsinə verib.

Veblioqrafiyada şifahi xalq ədəbiyyatına dair 90 adda kitabın biblioqrafik təsviri və tam mətnləri əksini tapıb.

Məqsəd Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı nümunələrini sistemləşdirərək oxuculara təqdim etmək, uşaqların ədəbiyyata marağını artırmaq, həmçinin ana dilinin təbliği və qorunmasına töhfə verməkdir.

Biblioqrafik mənbə ilə bu link vasitəsilə tanış olmaq olar.