F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Uşaqlara vətənpərvərlik hissi aşılamaq, Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq tarixini tanıtmaq məqsədi daşıyan tədbir Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Kitabxana əməkdaşları 44 günlük Vətən müharibəsinin (2020) tarixi əhəmiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı barədə söz açıb, uşaqlara mövzuya dair mütaliə üçün kitablar tövsiyə ediblər.

Uşaqlar oxuduqları kitablar haqqında danışıblar. Mövzu ilə bağlı sual-cavab aparılıb.

Tədbirin sonunda Vətən müharibəsi şəhidi Xudayar Yusifzadəyə həsr olunmuş videoçarx nümayiş olunub. Uşaqlar qəhrəmanın şücaəti və Vətənə sevgisi ilə bağlı fikirlərini bölüşüblər.