Xəbər verdiyimiz kimi, 2-4 iyun tarixlərində Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin açılış tədbirləri keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirlərdə iştirak edib.
AMEA-dan bildirilib ki, “Laçın – MDB-nin Mədəniyyət Paytaxtı” tədbirləri çərçivəsində “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” və “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzularında dəyirmi masalar təşkil olunub. “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzusunda dəyirmi masanın moderatoru İsa Həbibbəyli olub.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub.