Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrında təşkil olunub.

Mərkəzdən verilən məlumata görə, layihə region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılması məqsədi daşıyır.

Əməkdar artist, pedaqoq Qasım Nağı və teatrşünas Dağlar Yusif tərəfindən keçilən teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Məlumat üçün qeyd edək ki, MEMİM-in layihəsi bundan əvvəl Qusar Dövlət Ləzgi Dram Teatrında, Lənkəran Dövlət Dram Teatrında, Qazax Dövlət Dram Teatrında həyata keçirilib.