Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində Azərbaycanın ilk Xalq rəssamı, milli karikatura sənətinin banisi Əzim Əzimzadənin (1880–1943) anadan olmasının 145-ci ildönümünə həsr edilmiş sərgi təşkil olunub.

Sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər. 

Sərgidə portret, peyzaj, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.