Mayın 10-u dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.
Ulu öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət Nazirliyinin kollektivi də Ümummilli liderin məzarını ziyarət edərək önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Ümummilli liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoyan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin də inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin Vətən və xalq qarşısında xidmətləri heç zaman unudulmayacaq.