Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Mədəniyyət Sarayında estrada müğənnisi, bəstəkar Kazım Canla görüş keçirilib.
“Mədəniyyət incisi” layihəsi çərçivəsində aprelin 25-də gerçəkləşən görüşdə ictimaiyyət nümayəndələri, Xəzər rayon təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, musiqisevərlər və digər qonaqlar iştirak ediblər.
Tamaşaçılarla səmimi ünsiyyət yaradan müğənni ona ünvanlanan sualları cavablandırıb, izləyicilərin alqışları altında sevilən mahnılarını səsləndirib.