“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun (Hacıqabul rayonu) və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.
Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin bununla bağlı 23 aprel 2025-ci il tarixli qərarını imzalayıb.
Həmçinin "Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarı ləğv edilib.
Nazirlər Kabinetinin daha bir qərarı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq və Zaqatala Tarix-Mədəniyyət qoruqlarının sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.
***
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələrinin təsdiq edilməsi və “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Zaqatala Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 7 may tarixli 155 nömrəli Qərarı ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 aprel 2025-ci il
№ 128
***
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələrin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 2.3-2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilsin (əlavə olunur).
2. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 aprel 2025-ci il
№ 129