Nəriman Nərimanovun Xatirə Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Hər muzey bir abidədir” adlı tədbir təşkil olunub.
Muzeydən bildirilib ki, tədbir çərçivəsində muzey əməkdaşlarının hazırladığı videoçarx nümayiş etdirilib.
Muzeyin direktoru Ləman Hüseynova, tarix elmləri doktoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov və digər çıxışçılar abidələrin və muzeylərin cəmiyyət həyatındakı rolundan danışıblar.
Tədbir zamanı tələbələrin təqdimatları dinlənilib.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş sərgi də nümayiş olunub.